AZN Azərbaycan manatı
  • Your shopping cart is empty!

Haqqımızda

«Impuls» şirkəti Azərbaycanda məişət texnikası bazarında kifayət qədər təcrübəyə malik firmadır. 1996-cı ildə yaranmış və bütün bu dövr ərzində məişət texnikasının satışında aparıcı yerlərdən birini tutan, bizim şirkət Ariston, Electrolux, Fagor, De Dietrich, Indesit, Toshiba, Hitachi və s. şirkətlərin rəsmi distribyutorudur. 

«Impuls» alıcılara dünyanın ən məşhur brendlərinin məişət və elektronika məhsullarının geniş çeşidini təqdim edir. Bizim mağazalar şəbəkəsində siz ancaq yüksək keyfiyyətli, dünya standartlarına cavab verən, münasib qiymətlərlə məhsullar ala bilərsiniz.

Bizim satış təmsilçilərimiz yüksək səviyyəli mütəxəssislər olaraq, alıcılara mağazalarda satılan məhsullar haqqında geniş məlumat verir və məhsulları nümayış etdirirlər.

Bizim məqsədimiz – məişət texnikası alıcılarına tam, düzgün informasiya çatdırmaq və onların alış prosesini maksimum rahatlaşdırmaqdır.

Biz sizin rahatlığınız və firəvanlığınız üçün çalışırıq!